Yağmur-2" MMC - Azərbaycanın bütün ərazisi boyu suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətdir.

Bu, çoxillik əkin sahələri, tərəvəz sahələri üçün damla suvarma sistemləri, landşaft, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və böyüdülməsi üçün yağmurlama sulama sistemləri, həmçinin idman meydançalarının sulanması üçün nəzərdə tutulmuş suvarma sistemlərindən ibarətdir. Bununla bərabər şirkət istixanalarda suvarma sistemlərinin tətbiqi üzrə böyük təcrübəyə malikdir. Bura duman yaratma, damla suvarma və mikroyağmurlama suvarma sistemləri daxildir.

Hər zaman ixtisasımızın artırılması üzərində işlədiyimiz, öz şəxsi işlərimizi hazırlayıb tətbiq etdiyimiz üçün əminliklə deyə bilərik ki,"Yağmur-2" MMC bu sahədə Azərbaycanda ən yaxşı şirkətlərdən biridir. Həmçinin, Azərbaycanda olan suvarma sistemləri avadanlıqlarının başlıca idxalçıları ilə əməkdaşlıq etməyimiz, eləcə də bəzi avadanlıqları özümüzün idxal etməyimiz bunu deməyə daha çox imkan verir.

Konsepsiyadan tutmuş tamamlanmaya qədər bütün hermetik suvarma sistemlərinin layihələşdirilməsi üçün ən müasir proqram təminatı olan - IRRICAD™ -dən istifadə edirik.

Sizi təəcübləndirə biləcək işlərimiz var! Böyük təcrübə və xüsusi alətlərin geniş seçimi montaj və təmir işlərini yüksək səviyyədə yerinə yetirməyə imkan verir. Və ən əsası – öz işimizə görə məsuliyyət daşıyırıq.

Suvarma sistemlərinin istehlak keyfiyyətinin yaxşılaşdırılması üzrə son nailiyyətlərimizdən biri də onun idarəsi üçün müasir proqramlaşdırılan sənaye kontrollerlərinin tətbiqi olmuşdur. Bu, suvarma sistemlərinin idarə edilməsini əhəmiyyətli dərəcədə sadələşdirir, çünki onların işi xüsusi yazılmış alqoritm və müxtəlif tənzimləyicilərin göstəriciləri üzrə gedir.

Hal-hazırda tərəfimizdən qısa zamanda suvarma sistemlərini zəmanətli şəkildə tam hazır vəziyyətə gətirə bilən hərəkətlər zənciri qurulmuşdur!

Bizə hər zaman yüksək ixtisaslı işçilər tələb edən mürəkkəb layihələr maraqlı olmuşdur. Axı bu həmişə komanda üçün bir çağırış və çox faydalı təcrübədir!

Sizi partnyorlarımız arasında görməyə ümid edirik. Şirkətimizlə əməkdaşlığın Sizə maksimal dərəcədə xoş və effektiv olması üçün əlimizdən gələni edəcəyik!